Ötən gün 17 kiloqramdan çox narkotik aşkarlanıb 

13:06 02.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının mayın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,1 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqram 650 qram heroin, 10 kiloqramdan çox marixuana, 453 qram tiryək, 1 kiloqramdan çox metamfetamin, 1140 ədəd güclü təsiredici xassəyə malik həb və 31 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.